Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bu gün BMT Təhlükəsizlik Şurasında İranla bağlı qətnamə səsverməyə çıxarılacaq
09.06.10 17:33

Bu gün BMT Təhlükəsizlik Şurasında İranla bağlı qətnamə səsverməyə çıxarılacaq. KƏLAMİNFO xəbər verir ki, BMT TŞ-na təqdim olunan sənəddə 40 İran şirkəti və təşkilatının "qara siyahı"ya alınması nəzərdə tutulur. Bakı vaxtı ilə saat 18:00-da səsə qoyulacaq qətnamənin 15-i İnqilab Keşikçilərinə yaxın olan 40 İran şirkətini və təşkilatını "qara siyahı"ya almağı nəzərdə tutduğu bildirilir. Bundan əlavə, daha əvvəl əmlaklarının dondurulması qərarı verilən 40 iranlıya daha biri - İsfahandakı nüvə mərkəzinin rəhəbri əlavə ediləcək. Nüvə fəaliyyətləri ilə əlaqəsi olduğundan şübhə çəkən İran banklarına qarşı tədbirlərin həyata keçirilməsi və İrana silah embarqosunun genişləndirilməsi də nəzərdə tutulan sanksiyalar sırasındadır. Ekvador səfərində bu barədə açıqlama verən ABŞ-ın dövlət katibi Hillari Klinton Təhlükəsizlik Şurasının qərar qəbul edəcəyi halda İranın indiyə qədərki ən sərt sanksiyalarla qarşılaşacağını vurğulayıb. İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzayi isə bəzi ölkələrin İranla münasibətlərdə müharibəni seçdiyini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-1424.html