Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin iclasında bir sıra ikitərəfli sazişlər ratifikasiya edildi
08.06.10 19:14

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasının gündəliyinə daxil olan 11 məsələdən 9-u qəbul olunub. İclasda Azərbaycan Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında" Anlaşma Memorandumu, "Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında" Protokol, Azərbaycan və Estoniya prezidentlərinin Birgə Bəyannaməsinin təsdiq edilməsi, "Azərbaycan Hökuməti və Estoniya Hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında", "Azərbaycan və Estoniya hökumətləri arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan və Yunanıstan hökumətləri arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişlər təsdiq edilib, "Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı arasında Yardım xidmətlərinin göstərilməsinə dair" Anlaşma Məktubu təsdiq edilib, "Azərbaycanın İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" AR-nın Qanununa dəyişiklik edilməsi məsələsinə baxılıb.
URL / WWW
http://kelam.az/article/a-1420.html