Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Atatürk’ Mərkəzində “Sürgündəki Vətən” filminin ssenarisinə həsr olunan tədbir keçirilib
27.10.09 23:04

Bu gün “Atatürk” Mərkəzində Xocalı faciəsindən bəhs edən və sonu Qarabağın işğaldan azad olunması ilə bitən “Sürgündəki Vətən” filiminin ssenarisinə həsr olunan toplantı keçirilib. KƏLAMİNFO xəbər verir ki, “Dünya Azərbaycanlıların Konqresi (DAK) və “İdeal” sülhün təbliği fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə fondun rəhbəri Əlikram Müzəffər “Sürgündəki Vətən” filimi barədə tədbir iştirakçılarına məlumat verib. Ə.Müzəffərin sözlərinə görə, filmdə əsasən Xocalı faciəsi dəhşətlərinin şahidləri çəkiləcəklər. Filmin ssenaristi və prodüsseri Qasım bəy Gültəkin çıxış edərək bildirib ki, filmin çəkilişinə şəxsən 300 min manat vəsait qoyacaq. Kanadalı ortağı tərəfindən isə 150 min manatın xərclənəcəyini diqqətə çatdıran Q. Gültəkin digər texniki məsələlərin isə Azərbaycanın Mədəniyyət Nazirliyi və digər qurumların üzərinə düşdüyünü söyləyib. Tədbirdə qeyd olunub ki, çəkilişlər əsasən Azərbaycanda Xocalıya bənzər ərazilərdə və Türkiyədə aparılacaq. Filimdə 8 aktyor baş rolda çəkiləcək ki, onların da 2-si Türkiyə, 1-i Hollandiya, 1-i İsveçirə, 2-si Kanada, 2-si isə Azərbaycanlı aktyorlar olacaqlar. Ümumilikdə 150 dəqiqəlik filmdə 150-yə yaxın aktyor, 2000-dən çox iştirakçı olacaq. Filimin ilk 30 dəqiqəsində izləyicilərə Azərbaycan mədəniyyətindən xəbər veriləcək. DAK həmsədiri, professor Paşa Qəlbinur da təmsil etdiyi qrumun da filimin çəkilişinə dəstək olacağını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-142.html