Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məktəbi əla qiymətlərlə bitirənlərə qızıl medalların verilməsi gələn ilə qaldı
08.06.10 19:14

Orta məktəblərin 11-ci siniflərini əla qiymətlərlə bitirənlərə qızıl medalların verilməsi cari il mümkün olmayacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov söyləyib. Qızıl medalların verilməsi üçün qaydaların hələlik hazır olmadığını açıqlayan M.Mərdanov qeyd edib ki, gələn ildən bu qaydaların tətbiqinə başlanacaq. “Amma qızıl medalların ali məktəblərə qəbul prosesində ciddi əhəmiyyəti olmayacaq”,-deyən M.Mərdanov bildirib. Təhsil naziri ali məktəblərin Bakıdan kənara köçürüləcəyi barədə xəbərlərə də münasibət bildirib və qeyd edib ki, bu haqda məlumatı yoxdur. “Amma ali məktəblərin köçürülməsi məsələsinə müsbət baxıram”,-deyən nazir xaricdə ali təhsil müəssisələrinin filialının açılması məsələsinə də münasibət bildirib. O xatırladıb ki, bir il öncə Misir Ərəb Respublikasından təklif daxil olub ki, orada Azərbaycan Dövlət Neft Akademiyasının filialı açılsın. Onun sözlərinə görə, müxtəlif səbəblərdən hələlik bu iş həyata keçirilməyib.
URL / WWW
http://kelam.az/article/a-1419.html