Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: “Buraxılış imtahanlarının nəticələri ötən ildəkindən yüksəkdir”
08.06.10 19:14

Azərbaycanın su basan ərazilərində 11-ci sinif məzunlarına attestat verilməsində heç bir problem yaranmayacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə təhsil naziri Misir Mərdanov söyləyib. Nazir bildirib ki, iyunun 24-25-nə kimi şagirdlərin attestatı onlara çatdırılacaq. Hələlik iki bölgədə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirildiyini xatırladan M.Mərdanov qeyd edib ki, birinci bölgədə 9 və 11-ci siniflər üçün keçirilən imtahanların nəticələri bəllidir. Onun sözlərinə görə, nəticələr ötən ildəkindən yüksəkdir. “Dünən isə qərb bölgəsində 11-ci siniflərdə imtahan olub. Bu gün həmin bölgədə 9-cu siniflər üçün imtahanlar keçirilir”,-deyən M. Mərdanov əlavə edib ki, həmin bölgədə bu gün 11-ci, sabah isə 9-cu siniflərin imtahanlarının nəticələri bəlli olacaq.
URL / WWW
http://kelam.az/article/a-1418.html