Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirilib
09.06.10 02:14

Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış plan yerlərinə, bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının qəbul imtahanı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Sənəd qəbulu Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan vətəndaşlarının təhsil alması üçün ayrılmış plan yerlərinə Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının qəbulu ilə bağlı Ümumrusiya Azərbaycan Konqresi tərəfindən aparılıb. Cari il iyunun 6-da Heydər Əliyev Fondu və Ümumrusiya Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə TQDK Moskva şəhərində Rusiyanın ali təhsil müəssisələrinə həmin ölkədə yaşayan Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 148 abituriyentdən 40 nəfəri müsabiqə şərtlərini ödəyərək RF-nin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. Müsabiqədən keçənlərdən 4 nəfəri I qrupu üzrə, 10 nəfəri II qrup, 18 nəfəri III qrup, 8 nəfəri isə IV qrup üzrə ixtisaslara qəbul olublar.
URL / WWW
http://kelam.az/article/a-1417.html