Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » AŞ PA-nın yay sessiyası iyunun 21-25-də keçiriləcək
09.06.10 03:39

İyunun 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək. Milli Məclisdən KƏLAMİNFO-ya bildiriblər ki, sessiyanın birinci günü qurumun bürosunun və siyasi komitəsinin yığıncağı keçiriləcəkr. İclaslarda Avropa Şurasının (AŞ) 2011-ci il büdcəsi və Assambleya bürosunun fəaliyyəti müzakirə olunacaq. Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Makedoniya xarici işlər naziri Antonio Miloşoski hesabat verəcək, deputatların suallarını cavablandıracaq. Sessiyada Almaniya və Maltadan insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək, “Şimali Qafqaz regionunda insan hüquqlarının pozulması”, “Kosovoda vəziyyət və AŞ-ın rolu”, “Avropada rumınların vəziyyəti” məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Sessiyada həmçinin “Avropada demokratiyanın vəziyyəti”, “İqtisadi böhranın siyasi tərəfləri”, “Avropada demokratiya: böhranlar və perspektivlər”, “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Meşələr: planetimizin gələcəyi”, “İslam. İslamizm və islamofobiya” və digər məsələlər müzakirə ediləcək.
URL / WWW
http://kelam.az/article/a-1415.html