Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ müdafiə naziri Robert Qeyts Azərbaycana səfərini müsbət qiymətləndirib
09.06.10 02:36

ABŞ müdafiə naziri Robert Qeyts Azərbaycana səfərini “çox müsbət” qiymətləndirib. KƏLAMİNFO xəbər verir ki, bu haqda Pentaqonun internet səhifəsində yerləşdirilən məlumatda bildirilir. R. Qeytsin fikrincə, Bakıya səfər ABŞ-Azərbaycan müdafiə əməkdaşlığının genişləndirilməsi üçün zəmin yaradıb. “Azərbaycanın liderləri ilə müzakirə olunan məsələlərin əksəriyyəti gələn ay ikitərəfli müdafiə məsləhətləşmələrində bir daha gündəmə gətirilərək konkretləşdiriləcək”,-deyə R.Qeyts vurğulayıb. Pentaqonun məlumatına görə, ABŞ müdaifə naziri prezident İlham Əliyevə prezident Barak Obamanın məktubunu çatdırıb. Məktubda Əfqanıstanda sülhyaratma məsələlərinə verdiyi töhfələrinə görə Azərbaycana minnətdarlıq bildirilib. Bu yardım, davamlı təhlükəsizlik tərəfdaşı kimi, Azərbaycanın mövqeyini gücləndirib. “Prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə aparılan danışıqlarda ikitərəfli hərbi münasibətlərin gücləndirilməsi ilə yanaşı, Xəzər dənizində təhlüksəziliyin təmin olunmasında mümkün ABŞ yardımı da müzakirə olunub. Söhbət zamanı həmçinin İran və Rusiya ilə bağlı vəziyyət, Azərbaycanla birgə hərbi məşğələlərin sayının və kəşfiyyat məlumatı bölüşməsinin artırılmasına toxunulub”,-deyə mlumatda qeyd olunur. Pentaqon başçısı bildirib ki, Azərbaycan liderləri görüşlərdə Dağlıq Qarabağa dair heç bir irəliləyişin olmamasından narahatlıqlarını ifadə ediblər. R.Qeyts bu mesajı Dövlət Katibi Hillari Klintona çatdıracağına söz verib.
URL / WWW
http://kelam.az/article/a-1412.html