Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bir sıra şəhər və rayonların ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib
07.06.10 20:00

Bu gün Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Qərb bölgəsi üzrə keçirilən imtahanlarda 21975 şagird 75 mərkəzdə imtahan verib. Qeyd olunan şəhər və rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2405 nəfər XI sinif məzunu da 19 imtahan mərkəzində imtahan verib. Sabah isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 30160 şagird 75 imtahan mərkəzində imtahan verəcək.
URL / WWW
http://kelam.az/article/a-1410.html