Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Qarşıdakı illərdə təhsilin 6 komponenti üzrə islahatlar davam etdiriləcək
08.06.10 03:55

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində 2009-2014-cü illər ərzində təhsilin bir sıra mühüm sahələrini əhatə edən 6 komponent üzrə islahatların davam etdirilməsi nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib. Bu komponentlər arasında müəyyən bağlılıq, sistemli əlaqələr olduğunu nəzərə çatdıran nazir yeni kurrikulumu, təlim strategiyalarını və yeni qiymətləndirmə üsullarını uğurla həyata keçirmək üçün müəllimlərin pedaqoji bacarıqları, fənn üzrə biliklərini artırmağın, yeniləşdirməyin zəruriliyini qeyd edib. Tədrisin və təlimin keyfiyyətinin yeni kurrikulumu tədris edəcək, yeni qiymətləndirmə üsullarını tətbiq edəcək müəllimlərin hazırlığından asılı olduğunu vurğulayan M.Mərdanov müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün müasir modellər tətbiq etməyin səmərəli olacağına inamını ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-1408.html