Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan nümayəndə heyəti XVII Beynəlxalq Krım Konfransına qatılıb
08.06.10 02:38

Bu gün Ukraynanın Krım Vilayətində XVII Beynəlxalq Krım Konfransı öz işinə başlayır. Konfransda Azərbaycan da təmsil olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Azərbaycan nümayəndə heyətinə cəmi 18 nəfər olmaqla Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə göndərilən mütəxəssislər, habelə Prezident Kitabxanası, Xarici İşlər Nazirliyinin kitabxanası, Bakıdakı Amerika Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nümayəndələri daxildir. Konfransda dünya kitabxana-informasiya sahəsində baş verən yeniliklər, kitabxana işinin inkişafı, muzey və kitabxanaların avtomatlaşdırılması, kitabxanalar vasitəsi ilə məsafəli təhsilin həyata keçirilməsi və s. maraqlı məsələlər müzakirə olunacaq. Beynəlxalq konfransda 130-dan çox ölkənin 2 minə yaxın nümayəndəsi iştirak edir. Cari il konfransda Elektron kitabxanaların istifadəçiləri və işləyib hazırlayanları (ELNİT) Assosiasiyasının Rəyasət Heyəti seçiləcək. Azərbaycandan 25-dən çox kitabxana, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi ELNİT Assosiasiyasının üzvüdür. Konfrans öz işini iyunun 12-dək davam etdirəcək.
URL / WWW
http://kelam.az/article/a-1405.html