Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » BMT İsrailin Qəzzaya yardım aparan gəmilərə hücumunu araşdırmaq üçün komissiya yaradacaq
08.06.10 02:38

BMT İsrailin Qәzzaya yardım aparan gəmilərə təşkil etdiyi hücuma dair araşdırma aparılması üçün 5 nəfərdən ibarət komissiya yaradacaq. KƏLAMİNFO xəbər verir ki, komissiyanın üzvləri Türk və israillilərdən ibarət olacaq. BMT Baş katibi Ban Ki Mun, Baş nazir Rəcəb Tayyıb Әrdoğana telefon açaraq mövzu ilə bağlı məlumat verib. Telefon danışığında B.Ki Mun yardım gəmilərinə təşkil edilən hucum əməliyyatını araşdırmaq üçün özünün nəzarətində olacaq 5 nəfərlik müstəqil bir beynəlxalq araşdırma komissiyasının yaradılmasını, bu komissiyanın rəhbərliyinə isə Yeni Zelandiyanın baş naziri Geoffrey Palmerin təyin ediləcəyini bildirib. Beş nəfərdən ibarət olacaq komissiyaya Türk və İsrailli üzvlərdən başqa, biri beynəlxalq hüquqşünas, biri də hərbçi olmaqla 2 üzv də təyin ediləcək. Baş nazir R.T.Әrdoğan telefon danışığında bildirib ki, yaranacaq komissiya araşdırmalarını 2 ay ərzində yekunlaşdırmalıdır. B.K.Mun da komissiyanın vəzifə müddətinin 2 ay olacağını vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1404.html