Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İstanbulda Asiyada Əməkdaşlıq və Etimad Yaratma Tədbirlərinə dair konfransın III zirvə görüşü işə başlayır
08.06.10 02:37

Bu gün İstanbulda “Çırağan” sarayında Asiyada Əməkdaşlıq və Etimad Yaratma Tədbirlərinə dair konfransın (CİCA) III zirvə görüşü keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbir Türkiyə prezidenti Abdullah Gülün sədrliyi ilə keçiriləcək. Zirvə toplantısından əvvəl alimlərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin və siyasi ekspertlərin iştirakı ilə V Beynəlxalq Türk-Asiya Konqresi keçirilib. Burada qəbul olunan qərarlar dövlət başçılarının müzakirəsinə təqdim olunacaq. Əsas müzakirə mövzuları isə təhlükəsizlik və əməkdaşlıq məsələləridir. CİCA-ya sədrlik edəcək Türkiyə qarşıdakı müddətdə bütün Asiya ölkələri ilə birlikdə təhlükəsizlik üçün siyasi və hərbi tədbirlərin gücləndirilməsi üzərində iş aparılmasını nəzərdə tutur. Sammitə Rusiyanın baş naziri Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev dəvət olunub. Tədbir çərçivəsində R.T.Ərdoğan-V.Putin-N.Nazarbayev və İlham Əliyevin dördtərəfli görüşünün keçirilməsi istisna olunmur. Bundan başqa sammitdə Fələstin lideri Mahmud Abbas, İran prezidenti Mahmud Əhmədinejat, Suriya prezidenti Bəşər Əsəd, Qırğızıstan müvəqqəti prezidenti Roza Otumbayeva, Əfqanıstan prezidenti Həmid Kərzai, İraq prezidentinin müavini Tariq Haşimi, Makedoniya prezidenti Georgi İvanov, Avropa Birliyinin xarici siyasət rəsmisi Katerine Eştonun da iştirak etməsi gözlənilir. Toplantı ilə bağlı “Cəvahir Qrand” hotelində CİCA-ya sədrlik edən Qazaxıstanın Türkiyədəki səfiri Baqdat Amreyev, CİCA-nın icraçı direktoru Dulat Bakişev və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şənsoy mətbuat konfransı keçiriblər. Qeyd edək ki, CİCA 1992-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb. Dövlət və hökumət başçılarının iştirak edəcəyi zirvə toplantısında sədrlik Qazaxıstandan Türkiyəyə keçəcək.
URL / WWW
http://kelam.az/article/a-1403.html