Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sabah Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək
07.06.10 16:36

Sabah Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda “Azərbaycan Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə”, “Asiyada Qarşılıqlı Əlaqə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə”, “Azərbaycan və Estoniya prezidentlərinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında”, Azərbaycan hökuməti ilə Estoniya və Yunanıstan hökumətləri arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması, təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğvi ilə bağlı sazişlərin təsdiqi barədə, eləcə də “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Azərbaycanın Hərbi Doktrinasının layihəsi haqqında” qanun layihələri müzakirə olunacaq, Mərkəzi Seçki Komissiyasının üzvləri seçiləcək.
URL / WWW
http://kelam.az/article/a-1402.html