Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Xalq artisti Teymur Mustafayev:
19.10.09 14:58

Hacı Mirəziz gözəl din xadimi olmaqla yanaşı, həm də gözəl şairdir. Onun «Bulud ağlamasa» şeirlər kitabı məni valeh etdi. Nəğməyə yatan şeirlərindən 10-a yaxınını bəstələdim. Hətta bəzilərini mavi ekranda da ifa etmişəm. Son günlərdə mənə təqdim etdiyi «Divan»ını böyük həvəslə oxudum, şirin-şəhd qəzəllərə heyran oldum. Onun bir neçə qəzəlini oxuduğum muğamlara da daxil etdim. İlk dəfə olaraq Əziz Pünhanın yazdığı «Mən oldum» müstəzadına qəlb oxşayan bir musiqim də bəstələmişəm.
Qismət olsa onun qəzəl və şeirlərinə bəstələnmiş mahnılardan ibarət bir albom buraxmaq fikrim var. Arzu edirəm onun qəzəlləri muğamlara yol tapsın və xalq arasında dillər əzbəri olsun. Mən böyük din alimi, şair dostumu 60 yaşı tamam olması münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı və uzun ömür arzulayıram.
URL / WWW
http://kelam.az/article/a-14.html