Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranın məktubu MAQATE-nin Baş direktoruna çatıb
04.06.10 17:21

İran İslam Respublikasının Vyanadakı beynəlxalq təşkilatlarda elçisi və daimi nümayəndəsi Əli Sultaniyyə MAQATE-nin Baş direktoru Yokia Amanoya İranın məktubunu çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən veriblər. Sultaniyyə çərşənbə gününün axşamı MAQATE-nin Baş qərargahında keçirilən texniki əsaslandırma üzrə toplantıdan sonra deyib: "Agentliyin Baş direktoru Yokia Amanoya məktub göndərərək bildirmişik ki, bu hesabatın bəzi hissələri barədə tənqidlərimiz bu sənədin balanslaşdırılmış olmadığını göstərir". Yokia Amanonun İran barədə hesabatı bazar ertəsi gününün axşamı Agentliyə üzv olan ölkələrə təqdim olunub. Əli Sultaniyyənin dediyinə görə, İran tərəfi adı çəkilən məktubu çərşənbə gününün axşamı MAQATE-nin Baş direktoruna təqdim edilib. Qeyd edək ki, Beynəlxalaq Atom Agentliyin Baş Direktoru Yokia Amanonun İran barədəki hesabatı mayın 31-də Agentliyə üzv olan ölkələrə təqdim edilib. Hesabatda MAQATE tərəfindən İranın nüvə məsələsinin sülh məqsədli olduğu qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-1399.html