Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Barak Obama İsrailin gəmilərə hücumunu "faciəvi" adlandırıb
05.06.10 03:21

ABŞ prezidenti Barak Obama İsrailin Qəzzaya yardım gəmilərinə hücumunun "faciəvi" olduğunu bildirib. KƏLAMİNFO xəbər verir ki, CNN televiziyasında məşhur jurnalist Larri Kinqin suallarını cavablandıran B.Obama bildirib ki, bu hadisə Orta Şərqdəki sülh səylərinin inkişaf etdirilməsi üçün fürsət yarada bilər: "İsrailin təhlükəsizlik qayğılarını necə ortadan qaldıra biləcəyimizi, ancaq eyni zamanda da fələstinlilər üçün necə fürsətlər yarada biləcəyimizi, bütün tərəflərlə necə çalışa biləcəyimizi çözə bilərik. Bütün bu prosesdə Türkiyənin də müsbət bir səsinin ola biləcəyini düşünürəm",-deyə B.Obama vurğulayıb. ABŞ dövlət katibi Hillari Klinton isə ABŞ-ın Ankaradakı səfiri Ceyms Cefrinin İsrailin hücumu nəticəsində ölən ABŞ vətəndaşı Furkan Doğanın ailəsi ilə əlaqə saxladığını söyləyib. B.Klinton gəmilərə basqın zamanı və sonrakı etirazlar zamanı iki amerikalının yaralandığını da qeyd edib. Dövlət katibi beynəlxalq birliyin də iştirakı ilə etimad yaradan istintaq aparılmasını təmin edəcək bütün yollara açıq olduqlarını vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1398.html