Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan nümayəndə heyəti “İslam ölkələrində memarlıq irsi” mövzusunda I beynəlxalq konfransda iştirak edib
03.06.10 19:34

Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyad şəhərində Kral Abdullah bin Əbdüləzizin himayəsi altında və Ali Turizm və Abidələr Təşkilatının təşəbbüsü ilə “İslam ölkələrində memarlıq irsi” mövzusunda I beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Konfransın işində 26 ölkə turizm nazirləri səviyyəsində təmsil olunub. Konfransın açılış mərasimində Ali Turizm və Abidələr Təşkilatının rəhbəri, şahzadə Sultan bin Salman bin Əbdüləziz iştirak edib. Konfrans zamanı qeyd olunan mövzu ilə bağlı müxtəlif İslam ölkələrinin nümayəndələri məruzələrlə çıxış edib və memarlıq irsinin konkret ölkələrin turizm sahəsinə müsbət təsirindən bəhs edilib. Konfrans işi çərçivəsində nümayəndə heyətimizin rəhbəri Ə.Qarayev bir sıra ölkələrin turizm nazirləri və BMÜTT, UNESCO, İKT, İRCİCA kimi beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirib, əlaqələrimizin genişləndirilməsi və gələcək planlarla bağlı geniş fikir mübadiləsi aparıb. Konfrans çərçivəsində İslam ölkələrinin əl sənətkarlarının işlərindən ibarət təşkil olunmuş sərgidə Azərbaycanı təmsil edən 2 sənətkarın əl işləri sərgini ziyarət edənlərin geniş marağına səbəb olub. Konfransın yekununda müvafiq Bəyannamə qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-1391.html