Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Rusiyanın Azərbaycan üzərindən Ermənistanla əlaqə qurması spesifikdir, unikaldır”
03.06.10 19:34

Hazırkı şəaritdə Qarabağ münaqişəsinin tənzimlənməsində ortada üç əsas variant var. Variantalrın üçündə də hesab etmək olar ki, Rusiya Azərbaycanın yanındadır. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında politoloq Mübariz Əhmədoğlu söyləyib.O bildirib ki, variantlardan biri yenilənmiş Madrid prinsipləridir. “Bu prinsiplərin mahiyyəti artıq hər kəsə məlumdur. Ermənistanın buna verdiyi cavab yoxa yaxındır. Heç yerdə rəsmi təsdiqi olmadığı üçün, mənim öz ehtimallarım əsasında ikinci variant Rusiya Ermınistanla dəmir yolu əlaqəsini bərpa etmək istəyir. Bu ölkənin də ermənilərlə dəmir yol əlaqəsi Gürcüstan və Azərbaycan üzərindən mümkündür. Nəzərə alsaq ki, Rusiyanın gürcülərlə münasibətlərinin normallaşması bundan sonra da mümkün olması çox çətindir, o zaman ortada Azərbaycan yolu qalır. Rusiyanın da ən çox çalışdığı məhz bu yolu bərpa etməkdir. Bu ölkənin Azərbaycan üzərindən Ermənistanla əlaqə qurması spesifikdir, unikaldır. Çünki bu ancaq Rusiya və Ermənistana aiddir. Buna görə də Rusiya Ermənistandan 2+3+2 sxemi üzrə Azərbaycan rayonlarının qaytarılıb boşaldılmasını tələb edir. Yenilənmiş Madrid prinsipi ilə bu variantın prinsipial fərqləri var. Yenilənmiş Madrid prinsipində Dağlıq Qarabağın statusu məsələsi həllini tapıb. Üçüncü variant isə, müharibə variantıdır. Ermənistan Azərbaycandan müharibəni gözləyir. Müharibə ilə bağlı ermənilərin verdiyi reaksiya “baraban, nağara” effektidir. İçi boş reaksiyadır. Real addımda isə onlar başa düşürlər ki, Azərbaycan müharibəyə hazırlaşır. Ermənistan artıq Azərbaycanı tam qələbə çalmış vəziyyətdə hesab edirlər. Bu reallıqdır”,-deyə politoloq açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1390.html