Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan İslam Partiyası mətbuat konfransı keçirib
27.10.09 21:45

Bu gün Azərbaycan İslam Partiyası (AİP) mətbuat konfransı keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AİP-in mətbuat xidmətindən veriblər. Konfransda çıxış edən partiya sədri Hacı Mövsüm Səmədov ölkədə ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ (DQ) probleminin həlli istiqamətində irəli atılan addımlar və beynəlxalq aləmdə baş verən son hadisələr barədə geniş məlumat verib və rəhbərlik etdiyi qurumun ictimai, iqtisadi, siyasi proseslərə münasibətini bildirib, AİP-in mövqeyini açıqlayıb. AİP DQ probleminin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini pisləyib və bu qurumun turizm xarakteri daşıyan rolundan imtina edilməsinin Azərbaycan xalqının maraqları çərçivəsində zəruri hal olduğunu nəzərə çatdırıb. Konfransda Türkiyə-Ermənistan sərhədlərinin açılması - Sürix prtokolunun Qərbin, ABŞ-ın təzyiqi ilə imzalanmasının istər Türkiyə, istərsə də Azərbaycan üçün zərərli olduğu, bölgədə Ermənistanın qonşu dövlətlər üçün getdikcə plasdarm rolu oynadığı və təhlükə mənbəyinə çevrildiyi qeyd edilib.
URL / WWW
http://kelam.az/article/a-139.html