Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hüseyn Bağırov: “Təbii fəlakət zonasında böhran vəziyyəti aradan qalxır”
03.06.10 19:34

Çayların ətrafında bəndlərin tikintisi olmasaydı, evlərin tikintisi və yaxud əkin sahələrinin ərazilərinin istifadəsi mümkünsüz olardı. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, çayların ətrafında sahil bərkitmə işləri aparılmasaydı, çaylar çoxdan məcrasından çıxıb ətrafı sel suları basardı. Ekologiya naziri söyləib ki, təbii fəlakət zonasında böhran vəziyyəti aradan qalxır. Nazir vurğulayıb ki, indi əsas amil dağlarda qalan qarın əriməsidir: “Ancaq bu yenə də həlledici məsələ deyil. Artıq dağlardan axan və Kürü qidalandıran çayların gurluğu getdikcə azalır”. H.Bağırov bildirib ki, Xudafərin Su Anbarının ehtiyatı az olduğu üçün oradan Araz çayına buraxılan su hiss edilmir. Nazirin sözlərinə görə, Arazın yeni açılan qolu ekoloji fəsad yaratmır, sadəcə gələcəkdə çay qıraqlarında mühafizə zolağının olmasına xüsusi diqqət yetirmək lazımdır. H.Bağırov vurğulayıb ki, Araz və Kür ətrafında hər hansı bir yaşıyış məskənlərinin salınması zamanı onun ekoloji prosesi nəzərə alınmalıdır.
URL / WWW
http://kelam.az/article/a-1389.html