Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bir sıra bölgələrin XI siniflərində buraxılış imtahanları keçirilib
03.06.10 19:34

Bu gün Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, imtahan ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılıb. Xatırladaq ki, həmin bölgələr üzrə ötən tədris illərində attestat ala bilməyən 1874 nəfər XI sinif məzunu da bu gün 18 imtahan mərkəzində imtahan verib. Sabah isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 25 586 şagird 57 imtahan mərkəzində ana dili və riyaziyyat fənlərindən imtahan verəcək. Qeyd edək ki, XI siniflər üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, IX siniflər üzrə isə 1 saat 30 dəqiqə vaxt ayrılır.
URL / WWW
http://kelam.az/article/a-1388.html