Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın Hərbi Doktrinası parlamentin növbədənkənar sessiyasının gündəliyinə tövsiyyə olunub
03.06.10 20:39

Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycanın Hərbi Doktrina layihəsi müzakirə edilib.
Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov sənədin Azərbaycan Prezidenti tərəfindən müzakirəyə təqdim edildiyini bildirib. O, Hərbi Doktrina layihəsinin 7 fəsil və 75 bənddən ibarət olduğunu vurğulayıb. Onun sözlərinə görə, sənəddə şəxsiyyət, cəmiyyətin və dövlətin mühafizəsindən söhbət gedir. “Sənəddə milli təhlükəsizlik, regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana hərbi təcavüzü, onun yaratdığı real problemlər, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda, hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər əksini tapıb”,-deyə vitse-spiker əlavə edib.
Ermənistanın təcavüzkar ölkə kimi göstərildiyi doktirinada həmçinin qlobal böhranlar, enerji resursları uğrunda aparılan zorakı mübarizələr, separatizm və digər məsələlər də sənəddə yer alıb.
İclasda Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri Zahid Oruc, Aydın Mirzəzadə, Siyavuş Novruzov, Aydın Həsənov və Elman Məmmədov çıxış ediblər.
Sənədin Milli Məclisin növbədənkənar sessiyasında müzakirəyə çıxarılması barədə qərar qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-1386.html