Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Gecikmiş təklif
03.06.10 20:39

Bir neçə gün əvvəl “Eurovision-2010” mahnı müsabiqəsi başa çatdı. Əslində Osloda keçirilən final Azərbaycan üçün gözlənilən nəticəni verməsə də, reallıqla barışmağa məcburuq. Bəri başdan qeyd edim ki, çoxlarından fərqli olaraq Azərbaycan təmsilçisi Səfurə Əlizadəni müsabiqənin favoriti hesab etmirdim. Burada problem xanım qızımız və yaxud da onun oxuduğu mahnı ilə bağlı deyildi. Sadəcə düşünürdüm ki, bu tip yarışmalar mədəni yox, daha çox siyasi xarakter daşıyır. Belə olan halda, Avropada qurulan bu “siyasi oyun”dan Azərbaycanın lider çıxması ağılabatan deyildi.  Məni bu məsələdə narahat edən tamam başqa məqamlar var. Bunlardan biri də xaricdə yaşayan milyonlarla Azərbaycanlının bu “siyasi oyun”da passivlik nümayiş etdirmələridir. Bəli, bizim millət etibari ilə problemimiz də elə budur: Vətəndən uzaqlarda yaşayan soydaşlarımızın mənasız vətən sevgisi. Onlar Azərbaycana gələndə və yaxud da protokol xatirinə təşkil etdikləri tədbirlərdə vətən təəssübkeşləri olduqlarını iddia edirlər. Amma söhbət konkret əmələ gələndə, ortada heç bir nəticə yoxdur.
Bu məsələdə narahat olduğum digər bir məqam isə müsabiqəyə 30 milyon dollardan çox vəsaitin ayrılması ilə bağlı mətbuatda yayılan söz-söhbətlərdir.  Bəli, 30 milyon… Düşünürəm ki, həqiqətən də bu müsabiqəyə 30 milyon dollar vəsait ayrılıbsa, onda vay bizim halımıza. Bu məbləği bir oxuyançıya xərcləyib, sonda istədiyin nəticəni ala bilməmək dəhşətdən başqa bir şey deyil. Bu barədə son günlər çox danışıldığı üçün daha ətraflı yazmağı məqsədəuyğun hesab etmirəm. Amma bu başgicəlləndirən 30 milyonla bağlı vaxtı keçmiş təklifimi qeyd etməyi zəruri hesab edirəm.
Bəli, qarşıdan mətbuatımızın 135 illiyi gəlir. Jurnalistlərin gözləntiləri varmı? Düşünürəm ki, Mətbuat Şurası, KİV DDF-nin və digər jurnalist təşkilatlarının açacağı bayram süfrələrindən başqa heç bir gözləntimiz yoxdur. Yalnız KİV DDF-nin 30-40 jurnalisti mükafatlandıracağı istisna olmaqla. Sizcə, bu, yetərlimi? Əlbəttə deyil.  
Azərbaycanda elə jurnalist tanıyıram ki, yazdığı yazılara görə aldığı təltif diplomalırını yerləşdirməyə yer tapa bilmir. Nəyə və kimə lazımdır bu diplomlar? 
Hesab edirəm ki, bu məbləğlə ən azı 600-dən çox evsiz-eşiksiz jurnalisti evlə təmin etmək olardı. Bu aksiya həyata keçirilsəydi, təkcə 600 jurnalist deyil, həm də 600 vətəndaş, Azərbaycan mətbuatında on illərini sərf etmiş gənc-yaşlı həmkarlarımız isti yuvaya sahib ola bilərdilər. Və beləliklə bir neçə ildir jurnalist dostlarımızın hər il qaldırdıqları mənzil problemi qismən də olsa həll olunardı. 
Nə yazıq ki, bu baş vermədi. Amma kaş baş verəydi…   


niyaz@box.az
URL / WWW
http://kelam.az/article/a-1385.html