Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » UTQC “Qadın və bələdiyyə” mövzusuna aid 3-cü layihəsinin icrasına başlayır
03.06.10 19:34

Universitet Təhsilli Qadınlar Cəmiyyəti (UTQC) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Yeni seçilmiş qadın bələdiyyə üzvlərinin peşəkarlığını artırmaq məqsədilə maarifləndirmə təlimlərinin keçirilməsi” adlı layihə həyata keçirməyə başlayıb. Cəmiyyətdən KƏLAMİNFO-ya verilən məlumata görə, layihə çərçivəsində yeni seçilən qadın bələdiyyə üzvləri üçün Bakı və bölgələrdə təlimlər keçiriləcək. İlk təlim 4-5 iyun tarixlərində Bakıda reallaşacaq. Layihənin məqsədi bələdiyyə üzvlərinin peşəkarlıqları və hüquqi biliklərinin artırılmasıdır. Xatırladaq ki, bu, qurumun “Qadın və bələdiyyə” mövzusunda keçirdiyi 3-cü layihəsidir.
URL / WWW
http://kelam.az/article/a-1383.html