Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » BMT-nin Baş katibi: “Faciənin əs səbəbi Qəzzadakı mühasirədir”
04.06.10 02:34

BMT Baş katibi Pan Gi Mun İsrailin Qəzzaya yardım gəmilərinə hücumundan sonra Təhlükəszilik Şurasının həyata keçirməyi qərara aldığı istintaqın mümkün olduğu qədər tərəfsiz, etimad yaradacaq və şəffaf olması üçün əlindən gələni edəcəyini bildirib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pan Gi Mun İsraili hadisə və bu hadisədə yaralananlar, ölənlər və həbs edilənlərlə bağlı tam və detallı izahat verməyə çağırıb. BMT baş katibi Təhlükəsizlik Şurasının istintaq qərarını həyata keçirmək üçün çalışdıqlarını söyləyib. O, BMT-də keçirdiyi mətbuat konfransında bildirib ki, Təhlükəsizlik Şurasından başqa Cenevrədəki İnsan Haqları Şurası da bölgəyə olayları araşdırmaq üçün beynəlxalq və müstəqil bir komissiya göndərəcək. Pan Gi Mun yaşanan faciənin əs səbəbinin Qəzzadakı mühasirə olduğunu söyləyib və əlavə edib ki, İsrail Qəzzadakı mühasirəni qaldırmış olsaydı, bu faciə yaşanmazdı.
URL / WWW
http://kelam.az/article/a-1381.html