Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda Kulturoloqların II Milli Forumu öz işinə başlayıb
03.06.10 19:34

Bu gün Bakıda “Mədəni müxtəliflik: sosial-siyasi dəyər kimi” mövzusunda Kulturoloqların II Milli Forumu öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Forumda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva artıq son bir neçə il ərzində kuturologiya elmi ilə bağlı bir sıra tədbirlərin keçirildiyini bildirib.O, qeyd edib ki, Azərbaycan dövləti mədəniyyət siyasətində kulturologiya elminə çox böyük diqqət yetirir. “Təkcə bir faktı demək kifayətdir ki, ölkə başçısı tərəfindən mədəniyyət siyasəti ilə bağlı son bir neçə ildə 200-ə yaxın Sərəncam və fərmanlar imzalanıb. Artıq bizim əksər mədəni abidələrimiz YUNESKO-nun dünya irs siyahısına daxil olub. Bu siyasət bundan sonra da davam etdiriləcək”,-deyə nazir müavini vurğulayıb. Forumda 12-dən artıq dövlət qurumlarının nümayəndələri, bir sıra elm və təhsil müəssisələri təmsil olunublar. Ölkə alimləri ilə yanaşı, tədbirdə Belarus, Qazaxıstan və Rusiya alimləri də iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-1379.html