Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ATƏT-in Bakı ofisi parlament seçkiləri ilə bağlı Fəaliyyət Planı hazırlayıb
04.06.10 02:33

ATƏT-in Bakı ofisi Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Fəaliyyət Planı hazırlayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ATƏT-in Bakı ofisinin rəhbəri, Əli Bilge Cankorel jurnalistlərə bildirib. Plan çərçivəsində iyun ayında medianın seçkilərdə roluna həsr olunan tədbirin təşkil olunacağını açıqlayan səfir qeyd edib ki, bundan başqa, seçkilərə qədər televiziyalarda bir sıra proqramlar, tok-şoular hazırlanacaq. Bütün regionlarda müşahidəçilərin təlimi, seçki komissiyalarının rəhbərləri və icra başçıları ilə toplantıların keçirilməsinin nəzərdə tutulduğunu vurğulayan Ə. B.Cankorel regionlarda siyasi partiyaların təmsilçiləri ilə də görüşlərin təşkil olunacağını söyləyib. Onun sözlərinə görə, bu tədbirlər noyabra qədər davam edəcək. Ə.B.Cankorel sərbəst toplaşmaq azadlığı ilə bağlı görüşləri də davam etdirəcəklərini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1378.html