Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Yerli özünüidarəetmədə qadınların təmsilçiliyi” mövzusunda tədbir keçirilib
03.06.10 19:31

Bu gün Bakıda “Ambassador” otelində “Yerli özünüidarəetmədə qadınların təmsilçiliyi” mövzusunda tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, ATƏT-in Bakı ofisi, “Lider Qadınlar” İctimai Birliyi və “Demokratik İnkişaf İnstitutu” ilə birgə keçirilən tədbirdə çıxış edən səfir Əli Bilge Cankorel bildirib ki, Azərbaycanın siyasi həyatında qadın fəallığı artmaqdadır. Ötən ilin dekabrında keçirilən bələdiyyə seçkilərində yerlərin 26 faizinə qadınların seçildiyini xatırladan səfir ümid etdiyini bildirib ki, qarşıdan gələn parlament seçkilərində də qadınlar fəal iştirak edəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda dövlət-qadın siyasətinin əsası ümümilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda ölkədə 300-dən artıq bələdiyyə sədrinin qadınlardan ibarət olduğunu xatırladan S.Qəhrəmanova əlavə edib ki, bu gun dövlətin yüksək ali kürsülərində çalışan qadınlar azlıq təşkil edir və onların da sayı artırılmalıdır. “Lider Qadınlar” İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı isə qeyd edib ki, ictimai-siyasi həyatda və qərar qəbulu sahəsində qadınların rolu artırılmalıdır. Demokratik İnkişaf İnstitutunun sədri, millət vəkili Gültəkin Hacıbəyli söyləyib ki, Azərbaycanda qadınların rolu güclənməlidir.
URL / WWW
http://kelam.az/article/a-1374.html