Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ayətullah Xameneyi İsrailin humanitar gəmi karvanına hücumu ilə əlaqədar bəyanat verib
03.06.10 02:07

İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneyi İsrailin humanitar gəmi karvanına hücumu ilə əlaqədar bəyanat verib. İranın ölkəmizdəki səfirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, A. Xameneyi sionist rejimin humanitar yardım daşıyan gəmi karvanına cinayətkar və qəddarcasına hücumunu böyük cinayətlər zəncirinin bir halqası olduğunu bildirib. “Bu, müsəlmanların regionda, xüsusilə də zülm çəkmiş Fələstin torpağında onillərdir üz-üzə qaldığı həyasızlıq və amansızlığın bir nümunəsidir. Lakin bu dəfə sözü gedən karvan yalnız İslam və ya ərəb karvanı deyil, bütün dünyanın ictimai rəyi və bəşəri vicdanını təmsil edən karvandır. Bu cinayətkar hücum hamıya sübut etmiş olmalıdır ki, sionizm – faşizmin yeni və daha kobud bir simasıdır ki, bu dəfə insan haqlarını və azadlıqları qorumaq iddiasında olan ölkələr və ən əsası da ABŞ-dan dəstək və kömək almqdadır”,-deyə A.Xameneyi vurğulayıb.O, Amerika, İngiltərə, Fransa və digər Avropa ölkələrinin cani olanlara siyasi, mətbuat, hərbi və iqtisadi dəstək verdiklərinə və onların törətdikləri cinayətlərin arxasında durduqlarına görə ciddi surətdə cavab verməli olduqlarını söyləyib. Bəyanatda bildirilir: “Fələstinli bacı-qardaşlar! Hikmətli və qadir Allaha güvənin, öz gücünüzə inanın, gücünüzü artırın, son zəfərə inanın və bilin ki: Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”
URL / WWW
http://kelam.az/article/a-1372.html