Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADA Beynəlxalq münasibətlər və diplomatiya üzrə iki illik magistraturaya tələbə qəbulu elan edir
28.10.09 02:45

Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 2010-2011-ci tədris ili üçün Beynəlxalq münasibətlər və diplomatiya üzrə iki illik magistraturaya tələbə qəbulu başlanıb. ADA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, ingilis dilində olacaq təhsil proqramı Azərbaycan və xarici ölkə vətəndaşları üçün nəzərdə tutulub. Magistratura bakalavr dərəcəsini yeni bitirənlərlə yanaşı, həmçinin müəyyən iş təcrübəsinə malik insanlar üçün də nəzərdə tutulub. Tərtib olunmuş təhsil proqramı dövlət müəssisələrində müvafiq sahələr üzrə işləyənlərin peşəkarlığının artırılması üçün də yaxşı vasitədir. Təhsilin əyani olmasına baxmayaraq, ADA tələbələrinə həftədə 20 saatdan çox olmamaq şərti ilə işləməyə icazə verilir. Tələbə qəbulu ilə bağlı qaydalarla tanış olmaq istəyənlər ADA-nın vebsaytına (www.ada.edu.az) müraciət edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-137.html