Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qahirədə Ərəb liqası ölkələrinin fövqəladə toplantısı çağırılıb
01.06.10 19:26

Bu gün Qahirədə Aralıq dənizindəki faciəli hadisə ilə bağlı Ərəb liqası ölkələrinin fövqəladə toplantısı çağırılıb. KƏLAMİNFO xəbər verir ki, Liqanın Baş katibi Əmir Musanın sözlərinə görə, Ərəb liqasına daxil olan ölkələr İsrailin hərəkətini müzakirə etmək üçün xarici işlər nazirləri səviyyəsində Misirin paytaxtında toplaşacaqlar. Toplantıda İsrail hərbi dəniz qüvvələrinin humanitar yardım daşıyan beynəlxalq karvana hücumuna dair ərəb ölkələrinin “kollektiv mövqeyi”nin qəbul olunması gözlənilir. Qeyd edək ki, altı gəmidən ibarət “Azadlıq karvanı” İsrailin blokadası altında olan Qəzza sektorundakı fələstinlilər üçün humanitar yardım aparırdı. Aksiyada 740 nəfər iştirak edirdi. Mayın 31-də gəmiyə hücum olub. İsrail xüsusi təyinatlılarının gəmi heyətinə qarşı odlu silah tətbiq etməsi nəticəsində 19 nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb.
URL / WWW
http://kelam.az/article/a-1368.html