Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İsrail əsgərlərinin Türkiyə gəmisində saxladıqları insanlardan üçü buraxılıb
02.06.10 02:26

İsrail tərəfindən Qəzzaya yardım aparan türk gəmisində hücuma məruz qalaraq saxlanılan insanlardan üçü Türkiyəyə təhfil verilib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava limanında jurnalistlərin böyük diqqətində olan türk vətəndaşları qısa açıqlamalar verib. İsrail əsgərlərinin gəmidəkilərin silahla onlara qarşı mübarizə apardığını eşitdiklərini deyən türk vətəndaşları özlərini yalnız su ilə müdafiə etdiklərini bildiriblər. İsrail rejiminin nəzarəti altında olan ərazidən İstanbul Atatürk Hava Limanına gələn Bayram Kalyon jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onun olduğu gəmidə ümumən 6 nəfər gəminin idarə heyəti ilə birlikdə 18 nəfər olublar. O, İsrail əsgərlərinin sübh tezdən havadan təyyarələr və sudan hərbi gəmilər vasitəsilə onlara hücum etdiyini, gəmilərin qapılarını sındıraraq zor tətbiq edərək saxlandıqlarını bildirib.
URL / WWW
http://kelam.az/article/a-1367.html