Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Uşaq İncəsənət Festivalı - 2010” keçiriləcək
31.05.10 19:16

Mədəniyyət və Turizm Nazirliyi uşaqların beynəlxalq müdafiə günü münasibətilə xeyriyyə məqsədilə “Bir ömrü xilas etsən, bütün dünyanı xilas etmiş olarsan” şüarı altında “Uşaq İncəsənət Festivalı -2010” tədbiri keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirlikdən veriblər. “Xöşbəxtlik planeti” mövzusunda keçirilən sərgidə nümayiş etdiriləcək sənət nümunələrinin satışı və əldə olunan vəsaitin kardio- cərrahiyyə əməliyyatına ehtiyacı olan uşaqlara sərf olunması nəzərdə tutulur. Tədbirin keçirilməsində məqsəd Respublikamızda fəaliyyət göstərən beynəlxalq icmalara məxsus yaradıcı uşaqlarla azərbaycanlı uşaqların birgə təcrübə və fikir mübadiləsi üçün şərait yaratmaq, uşaqlarda humanizm və vətənpərvərlik hisslərini oyatmaq, onları xeyriyyə aksiyalarına cəlb etməkdir. Tədbirdə TİSA (Azərbaycan Beynəlxalq məktəbi), Oxford məktəbi, Bakı Britaniya məktəbi, T.İsmayılov adına Uşaq yaradıcılıq studiyası, eləcə də, digər məktəb və dərnəklərdə təhsil alan istedadlı uşaqlar iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1363.html