Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İsrail ordusunun Fələstinə humanitar yardım aparan gəmiyə hücum etməsi nəticəsində 16 nəfər ölüb
31.05.10 19:16

Mayın 31-də gecə saat 4:30 radlərində İsrailin hərbi dəniz qüvvələrinə məxsus raket daşıyan gəmisi Türkiyədən Qəzza sektoruna humanitar yardım aparan altı gəmidən ibarət karvana hücum edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrailin hərbi dəniz qüvvələri gəmilərdən birinə desant çıxarıb. İsrail əsgərləri gəmi heyətinə qarşı odlu silahdan istifadə edib. İlkin məlumatlara görə, qarşıdurma zamanı 2 nəfər ölüb, 30-dək insan isə yaralanıb. İsrail telekanalları isə qarşıdurma nəticəsində 16 nəfərin həlak olduğunu bildirib. İsrail hərbçiləri gəmi karvanını naməlum istiqamətə aparıb.
URL / WWW
http://kelam.az/article/a-1362.html