Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əlil və kimsəsiz uşaqlar üçün kiçik toy məclisi keçiriləcək
31.05.10 19:16

Sabah, 1 iyun Beynəlxalq Uşaq Günü ilə bağlı “Dünya Azərbaycanlıları” İctimai Mərkəzi “Həyat” şadlıq sarayında əlil və kimsəsiz uşaqlar üçün kiçik toy məclisi keçirəcək. KƏLAMİNFO-nun məlumatına görə, mərkəzin sədri Zaur Mirzə-zadə bildirib ki, kiçik toy məclisi 3 saylı Uşaq Evinin uşaq sakinləri və kimsəsiz əlil uşaqlar üçün olacaq. Onun sözlərinə görə, ““Dünya Azərbaycanlıları” İctimai Mərkəzi “Zümrüd Production” ilə Azərbaycanın milli adət-ənənələrinə uyğun möhtəşəm kiçik toy məclisi keçirəcək. Kiçik toy məclisində Azərbaycanın ictimai-siyasi xadimləri, millət vəkilləri, tanınmış elm adamları, diplomatik korpusun nümayəndələri və estrada ulduzları iştirak edərək, əlil, yetim və kimsəsiz uşaqları sevindirəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1361.html