Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Cənubi Qafqaz və Xəzər regionunda ABŞ-ın enerji siyasəti” mövzusunda Dəyirmi masa keçiriləcək
01.06.10 02:15

İyunun 2-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Cənubi Qafqaz və Xəzər regionunda ABŞ-ın enerji siyasəti” mövzusunda Dəyirmi masa keçiriləcək. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə əsas məruzəçi qismində ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar iştirak edəcək. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, rəsmi Vaşinqtonun Avrasiya Enerji Strategiyası, enerji sahəsində əməkdaşlıq və onun inkişaf perspektivləri, Cənubi Qafqazda münaqişələr, beynəlxalq təhlükəsizlik və digər bu kimi məsələlərin müzakirə mövzusu olacağı gözlənilir. Təşkil olunacaq tədbirdə SAM-ın və XİN–in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər də iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-1360.html