Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Jurnalistlərin ilk mənbədən informasiya almalarına dəstək layihəsi çərçivəsində sorğulara başlanılıb
31.05.10 18:43

Zərdabi Mətbuat Mərkəzi (ZMM) Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Jurnalistlərin ilk mənbədən informasiya almalarına dəstək: media monitorinqi və sorğuların təşkili başlıca amil kimi” layihəsi çərçivəsində sorğuların keçirilməsinə başlayıb. ZMM-dən KƏLAMİNFO-ya verilən məlumata görə, sorğu iki istiqamətdə aparılacaq. İlk istiqamət üzrə ölkədə dövlət qurumları, idarə, müəssisə və təşkilatların cəmiyyətə informasiya vermə sahəsindəki fəaliyyətinin səviyyəsi, habelə qənaətbəxşlilik dərəcəsi nəzərdən keçiriləcək. Respondentlərin jurnalistlər olduğu sorğunun ilk mərhələsində rəyi soruşulanlara həmçinin ölkədə ilk mənbədən məlumat alınmasına dair vəziyyətin aspektləri ilə bağlı suallar da ünvanlanacaq. Sorğunun ikinci istiqaməti isə dövlət qurumlarının təmsilçiləri arasında gerçəkləşdiriləcək və iyun ayını əhatə edəcək. Bu zaman rəyi soruşulanlara yaydıqları informasiyaların KİV-də işıqlandırılmasına dair suallar ünvanlanacaq. Qeyd edək ki, ZMM sorğuların nəticələrini və hər iki istiqamət üzrə ümumiləşdirilmiş təhlili iyulda - “Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: reallıqlar və müasir tendensiyalar” mövzusundakı Dəyirmi masada açıqlayacaq.
URL / WWW
http://kelam.az/article/a-1359.html