Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur
01.06.10 02:43

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. KƏLAMİNFO xəbər verir ki, ilk dəfə bu gün beynəlxalq ictimaiyyətin diqqətini tütün epidemiyası və onun ölümcül təsirlərinə cəlb etmək məqsədi ilə 1987-cü ildə qeyd olunub. Hər il bu gün müxtəlif mövzu altında keçirilir. Cari ilin mövzusu isə “Gender və tütün”dür. ÜST bu gün əsas diqqəti tütün marketinqi və tütünçəkmənin qadın və qızlara törətdiyi zərərli təsirlərinə yönəltməyə cəhd göstərəcək. Tütünlə mübarizənin bütün vacibliyi və əhəmiyyətini nəzərə alaraq Azərbaycan hökuməti 1993-cü ildə öz üzərinə bir sıra öhdəliklər götürərək tütünlə mübarizədə Avropa strategiyası üzv ölkələrlə birləşdi. 1995-ci ildə ÜST Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Səhiyyə Nazirliyi nəzdində tütünlə mübarizə Koordinasiya Şurası yaradılıb. 2000-ci ildə Milli Məclisi “Reklam” haqqında Qanuna tütün məhsullarının kütləvi informasiya vasitələri və ictimai yerlərdə reklamını qadağan edən dəyişikliyi qəbul edib. 2001-ci ildə Milli Məclisi tərəfindən “Tütün və tütün məhsulları barədə” qanun qəbul edilib. Bu qanun ÜST-nin Avropa Regional Komitəsinin 47-ci sessiyasının bütün müddəalarına uyğun gəlirdi. Hər il may ayının 31-də qeyd olunan Dünya Tütünlə Mübarizə Günü üçün müxtəlif nazirliklər və təşkilatlar, qeyri-hökumət təşkilatları, ictimai xadimlərin iştirakı ilə 2 günlük seminar keçirilməsi planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-1357.html