Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » III ənənəvi kitab bayramına yekun vurulub
01.06.10 02:43

Ölkə üzrə III ənənəvi kitab bayramına yekun vurulub. Yekun tədbir kimi Zaqatala, Şamaxı, Qubadlı (Sumqayıt şəhərində), Laçın (Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi) rayonlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və cari il “Ekologiya ili”nə həsr edilmiş III Kitab bayramı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən Kitab bayramında “Azərbaycanın dövlətçiliyi”, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev”, “Azərbaycan mədəniyyəti”, “Zəngin turizm potensialı” və s. adlı kitab və fotosərgilər nümayiş etdirilib. Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə rayonda keçirilən Kitab bayramında tədbir iştirakçıları əvvəlcə tarixi abidələri ziyarət etməklə və orada təmizlik işlərinin aparılması ilə başlanıb. Tədbir iştirakçıları yaşıllıq işləri aparıb və ekologiya ilinə öz töhfələrini veriblər. Sonra Kitab bayramı bədii hissə ilə davam etdirilib.Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən Kitab bayramında şeir və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb. Qubadlı rayonu, onun tarixi abidələri haqqında gənc və yeniyetmələrə geniş məlumat verilib. Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində də müvəqqəti yerləşən Laçın rayon MKS-nin təşkilatçılığı ilə III Kitab bayramı keçirilib. Kitab bayramında Azərbaycan dövlətçiliyi, tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti haqqında maraqlı sərgilər nümayiş etdirilib. Laçın rayonunun bütün ictimaiyyəti, ziyalılar, məktəblilər tədbirdə yaxından iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-1356.html