Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ADU-da “2010 - Ekologiya ilidir” adlı tədbir keçirilib
28.05.10 02:23

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) “2010 - Ekologiya ilidir” adlı tədbir keçirilib. AZADİNFORM xəbər verir ki, tədbirdə adıçəkilən kafedranın müəllimləri və 1 ¹li İngilis dili fakültəsinin II kurs tələbələri iştirak edib. ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev prezident İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” kimi qeyd edilməsinin əhəmiyyətindən söz açıb, tələbələri ətraf mühiti qorumağa çağırıb. Azərbaycan Tibb Universitetinin Ekologiya və qidalanma kafedrasının professoru, Respublika Taun Əleyhinə Mərkəzin direktoru, tibb elmləri doktoru, professor Maqsud Qasımov “Respublikada bakterioloji vəziyyət, ətraf mühitin qidaların keyfiyyətinə, insan sağlamlığına olan təsirləri, müxtəlif infeksion xəstəliklərin yayılması” haqqında məruzə edib. O, məruzəsində ətraf mühitdə baş verən dəyişikliklərin insan sağlamlığına, qidaların keyfiyyətinə ciddi ziyan vurduğunu, bu yöndə gənclər arasında aparılan maarifləndirmə işlərini yüksək qiymətləndirdiyini söyləyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov, nazirliyin Təbliğat şöbəsinin məsul işçisi Şövkət Bəkirov, Ətraf mühitin mühafizəsi Departamentinin baş məsləhətçisi Əziz Səlimov, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitunun direktoru, professor Rza Mahmudov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhali sağlamlığı şöbəsinin həkim-psixoloqu Sevinc Davudova iştirak ediblər. Hidrometeorologiya Elmi-Tədqiqat İnstitunun direktoru, professor Rza Mahmudov təqdimatında iştirakçılara hal-hazırda dünyada və ölkəmizdə baş verən iqlim dəyişikliyi, su qıtlığı və sair problemlər haqqında geniş məlumat verib.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1351.html