Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun məlumatı dinlənildi
28.10.09 02:45

Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənildi. KƏLAMİNFO xəbər verir ki, hesabat xarakterli məlumatı parlamentdə daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov təqdim edib. V.Eyvazov bildirib ki, hər il yüzlərlə adamın insan alverinin qurbanına çevrilməsi bu problemin miqyasını, təhlükəliliyini səciyyələndirən başlıca amillərdəndir. Ölkəmizdə insan alverinə qarşı mübarizəyə dövlət, hökumət və parlament səviyyəsində göstərilən diqqətin işin düzgün, beynəlxalq təcrübəyə uyğun və səmərəli qurulmasına böyük imkanlar yaratdığını diqqətə çatdıran nazir müavini ötən dövrdə insan alverinə qarşı mübarizə işi Azərbaycan qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına, Milli Fəaliyyət Planına və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun həyata keçirildiyini vurğulayıb. “2005-2008-ci illərdə və cari ilin ötən dövründə insan alveri cinayətləri ilə bağlı aşkarlanan 1298 fakt üzrə 1185 nəfər məsuliyyətə cəlb edilib, 192 cinayətkar qrup, o cümlədən 15 mütəşəkkil dəstə zərərsizləşdirilib. Görülən işlər barədə hesabatlar 2007 və 2008-ci illərdə Milli Məclisdə dinlənilib”,-deyə V.Eyvazov əlavə edib. Onun sözlərinə görə, insan alverinə qarşı mübarizə çərçivəsində Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcədə AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşları tərəfindən “Təmiz dünya”, “Sahibsiz uşaqlara kömək” və “21-ci əsrin qadınları” QHT-lərinin nümayəndələri ilə birgə respublikanın 55 şəhər və rayonunda müxtəlif tədbirlər keçirilib. V.Eyvazov 2009-cu ilin ötən dövrü ərzində həyata keçirilən əməliyyat profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 71 cinayət faktının qeydə alındığını, onları törədən 18 cinayətkar qrupun, o cümlədən 1 mütəşəkkil dəstənin zərərsizləşdirildiyini bildirib. O, bütövlükdə həyata keçirilən tədbirlər zamanı 65 cinayətkarın ifşa olunduğunu söyləyib. “İnsan alverinin qurbanı olan 82 nəfərdən 47-si, o cümlədən bir uşaq sığınacaqlara yerləşdirilib, onlara hüquqi, tibbi və psixoloji yardım göstərilib. Onların cəmiyyətə reinteqrasiya olunması təmin olunub. Həmçinin 32 nəfər peşə kurslarına, 9-u ASK-nın yardımı ilə sahibkarlıq kurslarına göndərilib”,-deyən Milli koordinator 76 nəfərə birdəfəlik müavinətlər, 43 nəfərə isə yardımlar edildiyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-135.html