Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ölkə üzrə 109287 abituriyent qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizə doldurub
28.05.10 03:29

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulu ilə bağlı həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə sənəd qəbulunun hazırkı vəziyyəti ilə bağlı məlumat verib. M.Abbaszadənin sözlərinə görə, hazırda sənəd verən abituriyentlərin sayı ötən illə müqayisədə daha intensiv xarakter daşıyır. “Ümumlikdə 109287 abituriyent qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizə doldurub. Bunlardan 97100 nəfər Azərbaycan bölməsi, 12187 nəfər Rus bölməsidir. Ərizə dolduranlardan isə, 103046 nəfər ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirib. Bunlardan da 91263 nəfər Azərbaycan bölməsi, 11783 nəfər isə Rus bölməsinin abituriyentləridir. Xatırladaq ki, sənədlərin qəbulu mayın 31-dək davam edəcək. Sabahkı bayram günü istisna olmaqla abituriyentlər bütün SQK-da ərizələrini mayın 29, 30 və 31 günü təsdiq elətdirə bilərlər”,-deyə TQDK sədri açıqlayıb. Ölkənin təbii fəlakət zonasında SQK-ların fəaliyyətinin hazırkı vəziyyətinə toxunan M.Abbaszadə hələlik bu bölgədən heç bir şikayətin qəbul olunmadığını bildirdi. “Sözügedən bölgələrdən müraciətlər olarsa, TQDK o ərazilərə səyyar komissiyalar göndərəcək. Hələlik sənəd qəbulu başa çatmayıb. Artıq Sabirabadda 482, Şirvanda 522, Zərdabda 230, Neftçalada 455, Saatlıda 282, Salyanda 594, Kürdəmirdə 455, İmişlidə 603 abituriyent öz elektron ərizələrini təsdiq etdirib. Ötən illə müqayisədə bunlar normal rəqəmlərdir”,-deyə M.Abbaszadə əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1345.html