Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Simli alətlər üzrə respublika müsabiqəsi başa çatıb
26.05.10 19:36

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cari il 17 may tarixindən Bakıda strat götürən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə respublika müsabiqəsi sona yetib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Üç yaş qrupunda keçirilmiş müsabiqədə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərindən, Naxçıvan MR-dan, Goranboy, Hacıqabul, Quba, Qusar, Salyan, Samux və digər rayonlardan skripka, violonçel və arfa ixtisası üzrə 100-ə yaxın gənc musiqiçi iştirak edib. Xalq artisti Zəhra Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət Münsiflər Heyətinin qərarına əsasən Bakı, Gəncə və Naxçıvan şəhər uşaq musiqi məktəblərində təhsil alan 20 gənc skripka və violonçel ifaçısı müsabiqənin laureatı adına, müxtəlif dərəcəli diplomlara və pul mükafatına layiq görülüb. Bakı, Gəncə, Naxçıvan, Şəki, Şirvan şəhərləri, Abşeron, Salyan, Samux rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri həvəsləndirici mükafata layiq görülüb və tərifnamələrlə təltif olunublar. Müsabiqəyə yüksək səviyyədə şagird hazırladıqlarına görə Münsiflər Heyətinin qərarı ilə Bakı şəhər Q.Qarayev adına 8, R.Hacıyev adına 15, L. və M. Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəblərinin müəllim və konsertmeysterlərinə pul mükafatı verilib. Müsabiqə qaliblərinin yekun konserti sabah Dövlət Filarmoniyasında keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-1344.html