Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » XIV Respublika fənn olimpiadasının yekun turu keçirildi
27.05.10 02:36

Bu gün Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının yekunu, XV-nin isə açılış turu keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini İradə Hüseynova qeyd etdi ki, ölkəmiz müstəqillik əldə edəndən bu günə qədər 15 olimpiada keçirilib. Ötən il keçirilən XIV olimpiadada 28 ali məktəbdən 544 tələbənin vəsiqə qazandığını xatırladan İ.Hüseynova bildirdi ki, XV fənn olimpiadasının yekun turunda 34 ali məktəbdən 630 tələbə iştirak edəcək. Onun sözlərinə görə, ötən il keçirilən XIV fənn olimpiadasında müxtəlif fənlər üzrə 11 nəfər 1-ci, 22-i 2-ci, 33 nəfəri isə 3-cü yerin qalibi olub. Bundan əlavə 30 nəfər həvəsləndirici mükafatlar qazanıb. İ.Hüseynova olimpiada qaliblərinə Təhsil Nazirliyinin hədiyyələri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin isə pul mükafatları və diplomlarının veriləcəyini söylədi. O bildirdi ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi qalibləri hazırlaşdıran müəllimlərə, həmçinin Münsiflər Heyətinin sədrlərinə pul mükaftaları təsis edib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov isə əlavə etdi ki, təmsil olunduğu qurum son iki ildə Təhsil Nazirliyi ilə birgə 50-dən artıq layihə həyata keçirib. Sonda qaliblər mükafatlandırıldı.
URL / WWW
http://kelam.az/article/a-1342.html