Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Avropa Şurası Baş katibinin müavini ilə görüşüb
26.05.10 19:36

Ombudsman Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası (AŞ) Baş katibinin müavini Mod de Bur Bukikkio ilə görüşüb. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə Ombudsman AŞ ilə Azərbaycan arasında səmərəli tərəfdaşlıq münasibətlərini diqqətə çatdırıb, təsisatın bu nüfuzlu beynəlxalq qurumun struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb. O, ölkəmizdə uğurla tətbiq olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi ilə bağlı Ombudsmanın fəaliyyəti, bu planın icrası vəziyyəti barədə məlumat verib. E.Süleymanova qonağın nəzərinə çatdırıb ki, cari ilin iyununda keçiriləcək “İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri” mövzusunda Ombudsmanların VIII Beynəlxalq Bakı konfransında Avropa Şurasının nümayəndəsinin iştirakı mühüm əhəmiyyət kəsb edərdi. Qonaq insan hüquqları, o cümlədən uşaq hüquqlarının müdafiəsinin təmsil etdiyi qurum üçün prioritetə çevrildiyini, hazırda əməkdaşlıq proqramlarına yenidən baxıldığını vurğulayıb. O, Müvəkkilin insan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyətini yüksək qiymətləndirərək, qaldırdığı məsələlərin, xüsusilə hakimlər üçün təlimlərin təşkilinin önəmli olduğunu, keçiriləcək təlimlərə beynəlxalq ekspertlərin göndərilməsinin mümkünlüyünü bildirib.
URL / WWW
http://kelam.az/article/a-1341.html