Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ermənistan Türkiyə Böyük Millət Məclisinə göndərilən protokolların nəticəsini gözləyir
28.10.09 02:41

Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilən protokolların nəticəsini gözləyirik. KƏLAMİNFO xəbər verir ki, bu bəyanatı Ermənistan parlamentinin spikeri Nairi Petrosyan Yerevandakı çıxışı zamanı səsləndirib. Sərhədlərin açılması üçün imzalanan protokolların ötən həftə TBMM-də səsverməyə çıxarıldığını xatırladan N.Petrosyan qeyd edib ki, Ermənistan parlamenti məsələ ilə bağlı əvvəlcə türk millət vəkillərinin mövqeyini gözləyəcək. Onun sözlərinə görə, sənədin nəticələri üçün əvvəlcə Türkiyə tərəfi hərəkət etməlidir.Qeyd edək ki, bu arada Ermənistan Milli və Beynəlxalq İşlər Mərkəzinin rəhbəri Riçard Giragosyan “Bloomberg” Agentliyinə məsələ ilə bağlı münasibət bildirib. O qeyd edib ki, erməni xalqının ərsəriyyəti sərhəddin açılmasını və əlaqələrin normallaşmasını istəyir. “Ancaq bunun nəyin qarşılığında olacağı isə müəmmalıdır”,-deyə o əlavə edib. O, Türk millət vəkilləri tərəfindən sənədin ratifikasiyasını növbəti ilin fevral, ya da mart ayına qədər təxirə salınacağını düşündüyünü də açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-134.html