Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞ nazirlərinin gender bərabərliyinə dair Bakıda təşkil olunmuş konfransının yekunları ilə bağlı mətbuat konfransı keçirilib
26.05.10 19:32

Bu gün Avropa Şurasının Bakı nümayəndəliyində qurumun nazirlərinin gender bərabərliyinə dair Bakıda təşkil olunmuş konfransının yekunları ilə bağlı mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bərabər imkanlar komissiyasının sədri Xose Mendes Bota qeyd edib ki, Azərbaycan hökuməti tərəfində belə bir tədbirin təşkil olunması Avropa Şurası tərəfindən yüksək qiymətləndirilir. Milli Məclisin məişət zorakılığına qarşı qanun layihəsini ilk oxunuşda qəbul etməsini alqışlayan X.M.Bota Azərbaycan hakimiyyətinin gender qeyri-bərabərliyi ilə mübarizəsini alqışlayıb. O, Azərbaycanda bu sahədə kifayət qədər problemlərin də olduğunu söyləyib. AŞ PA-nın İnsan alveri ilə mübarizə komitəsinin sədri Lidi Err isə Azərbaycanda uşaq ölümünün ciddi problem kimi qaldığını, ailə planlaşdırmasının olmadığını vurğulayıb. O, selektiv abortların yeni doğulan qız və oğlan uşaqları arasında qeyri-bərabərlik yaratdığına, nəticədə oğlan uşaqlarının sayının qız uşaqlarının sayını üstələdiyinə diqqət çəkərək bunun bir neç il sonra böyük problemə səbəb olacağını vurğulayıb. O, bu problemə tək Azərbaycanda deyil, Avropa ölkələrində də rast gəlindiyini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-1339.html