Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elman Nəsirov: “M.Brayzanın səfir təyin olunması ilə proseslərdə xüsusi bir dönüşün olmasına ümid etməyə əsas yoxdur”
26.05.10 17:22

Metyu Brayzanın Azərbaycana səfir gəlməsi ilə regiondakı proseslərdə xüsusi bir dönüşün olmasına ümid etməyə əsas yoxdur. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov bildirib. Politoloqun fikrincə, proseslərdə dönüş rəsmi Vaşinqtonun - Barak Obama Administrasiyasının Qarabağ siyasətinin özündə olmalıdır. “Bu baş verərsə, M.Brayzanın da Azərbycanda tutduğu postda bir fəallıq olacaq. Əgər doğrudanda rəsmi Vaşinqton bu münaqişəyə tutduğu mövqeni dəyişməyibsə, o zaman M.Brayzanın hansısa bir yenilik gətirməsini gözləmək olmaz. Çünki indiyə qədər Qarabağ münaqişəsinin həllində ABŞ-ın tutduğu mövqe obyektiv mövqe kimi yadda qalmayıb. Ən azı onun separatçı rejimə maliyyə dəstəyi ayırması belə düşünməyə əsas verir”,-deyə E.Nəsirov vurğulayıb. M.Brayzanın səfir təyin olunmasında onun şəxsi fenomeninin münaqişənin həllində hansısa rol oynayacağına gəlincə, politoloq qeyd edib ki, bu barədə də nikbin proqnoz verməyə əsas yoxdur. “M.Brayza bölgədə yeni deyil. O artıq həmsədr kimi bölgədə fəaliyyət göstərib və fəaliyyəti dövründə də bir çox hallarda onunla bağlı xoşa gəlməz məqamlar ortaya çıxıb. Məsələn, həmin dövrdə o, Ermənistanda bir fikir söyləyirdi və Azərbaycan mətbuatı buna görə onu bərk tənqid edirdi. Bakıya gəldikdən sonra isə M.Brayza fikirlərinin təhrif olunması ilə bağlı çıxışlar edirdi. Yəni, onunla bağlı belə qarışıq hallar da qeydə alınıb. Əsas məqam odur ki, istənilən səfir öz dövlətinin siyasətini həyata keçirir. Bu nöqteyi-nəzrdən istər M.Brayza, istərsə də başqası Azərbaycana səfir gələrsə əsas etibarı ilə, o, rəsmi Vaşinqtonun prinsiplərini burada həyata keçirəcək”,-deyə politoloq E.Nəsirov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1338.html