Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Heydər Əliyev Fondu Səbail rayonundakı 236 saylı orta məktəbdə əsaslı təmir işlərinə başlayır
26.05.10 17:22

Heydər Əliyev Fondu Səbail rayonu 236 saylı məktəbin əsas təhsil korpusunun əsaslı surətdə təmir olunması barədə qərar qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İH-dən veriblər. İlk növbədə məktəbin 2600 kv. metrlik dam örtüyü, buradakı bütün siniflər, yardımçı otaqlar və fənn kabinələri, idman və akt zallarının əsaslı təmiri, qapı və pəncələrərin yeniləri ilə əvəz olunması, döşəməsinin yenisi ilə əvəzlənməsi işləri aparılacaq. Məktəbin həyətində də təmir-abadlıq işləri görüləcək, yeni ağac və kollar əkiləcək, həyətə asfalt örtüyü çəkiləcək. Təmirdən sonra sinif otaqları və fənn kabinələri hər cür avadanlıqlarla təmin olunacaq. Görülən işlərin yeni dərs ilinin başlanğıcında başa çatdırılması nəzərdə tutulub. Xatırladaq ki, 1966-cı ildə inşa olunan məktəbdə hazırda 1900 şagird 74 sinifdə təhsil alır. Son 3 il ərzində məktəbin 8 şagirdi müxtəlif fənlər üzrə respublika olimpiadalarının qalibi olub, keçən tədris ilində məktəbi bitirmiş məzunlardan 73-ü ali məktəblərə qəbul olub, onlardan 7 nəfəri 600-dən çox bal toplayıb. Təkcə keçən tədris ilində məktəbin 3 şagirdi respublika, 4 şagirdi isə Bakı şəhər fənn olimpiyadalarında qalibi elan olunaraq rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar.
URL / WWW
http://kelam.az/article/a-1337.html